Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Arvadını bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirli bilinən Sənan Seyidovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndiirlən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 28-nə təyin edilib.

Qeyd edək ki, Xəzər rayonu, Binə qəsəbəsində 1978-ci il təvəllüdlü R.İsayeva yaşadığı evdə keçmiş əri S.Seyidov ilə mübahisə edib. Əri qısqanclıq zəminində ona bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

S.Seyidov Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılılıb. 

İstintaq orqanı tərəfindən Sənan Seyidovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.