Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Arvadını 5-ci mərtəbədən atan şəxsin məhkəməsi başlayıb

Arvadını yaşadıqları mənzilin balkonundan ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

E-huquq.az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə baxışı iyunun 7-nə təyin edilib. 

Qeyd edək ki, ötən ilin son ayında Bakıda dəhşətli cinayət hadisəsi baş verib. Gecə saat 3 radələrində Nəsimi rayon Polis İdarəsinə 21-ci polis bölməsindən 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə, Rəşib Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızının naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qadının həyat yoldaşı Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış, qurudulmuş marixuana götürülüb.

Ramiz Taxveli narkotik maddələrə aludəçi olduğu üçün sonradan onun səhhətində problemlər yarandığı bildirilib.