Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Anar Bağırov vəkil Orxan Kəngərli haqqında danışıb - VİDEO

“Orxan Kəngərlinin məsələsi ilə bağlı araşdırma davam edir”.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Orxan Kəngərliyə qarşı polis tərəfindən edilən təzyiqlə bağlı aparılan araşdırmaya münasibət bildirərkən deyib. 

A.Bağırov bildirib ki, vəkilə qarşı qanunsuzluq hüqiqi qiymətini tapmalıdır: “Mən hesab edirəm ki, bu gün Azərbaycanda hər hansı qanun pozuntusuna yol verən şəxs müvafiq qaydada məsuliyyətə cəlb olunur. Təbii ki, bu gün Vəkillər Kollegiyası olaraq, biz bu araşdırmanın gedişindən çox razıyıq. Yəni, görürük ki, bütün lazımi tədbirlər görülür. Hesab edirəm ki, vəkillər də qanunu pozanda biz onları sərt qaydada cəzalandırırıq. Bu, hər kəsə məlumdur və təbii ki, vəkilə qarşı da qanunsuzluq olanda, məsələ eyni formada hüquqi qiymətini tapmalıdır. Mən hazırda bu məsələ ilə bağlı əlavə məlumat vermək istəmirəm. Hesab edirəm ki, zərurət yarandıqda, bu barədə aidiyyatı qurumlar özləri məlumat yayacaqlar”. 

Qeyd edək ki, bir müddət əvvəl Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsində təzyiqə məruz qalması barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bu məsələyə bəzi vəkillər də münasibət bildirərək, hadisəni pisləyiblər. Vəkillər Kollegiyasının sədri Anar Bağırov da sosial şəbəkədə hadisə ilə bağlı status paylaşıb. 

Daxili İşlər Nazirliyi də Vəkillər Kollegiyasının üzvü Orxan Kərgərlinin Binəqədi rayonu 4-cü polis şöbəsində döyülməsi haqqında iddialara münasibət bildirib. Bildirilib ki, vəkilin şöbədə döyülməsi ilə bağlı yayılan iddialar əsassızdır, qərəzlidir və özünü müdafiə xarakteri daşıyır.  

Daha sonra bu iş üzrə Daxili İşlər Nazirinin 07 iyun 2019-cu il tarixli əmri ilə, Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov  DİO-dan xaric olma, təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilmə, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilib.