Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Anar Bağırov: "Daha 2 imtahan keçiriləcək"

"Vəkillər Kollegiyasında son 6 ay ərzində 2 dəfə imtahan keçirilib".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. 

O bildirib ki, imtahanlar Kollegiyada mütəmadi davam etdirilir: 

"Sentyabr ayında yenidən imtahan olacaq. Ola bilsin ki ilin sonunda daha bir imtahan keçirilsin. Çünki vəkilliyə kifayət qədər böyük maraq var. Hər gün bir neçə namizəd sənəd verib, vəkil olmaq istəyir. Çünki imtahanlar şəffaf və asan keçir. Biz istəyirik ki, daha çox hüquqşünas vəkilliyə qəbul edilsin. 

Çünki regionlarda vəkillərin sayı azdır. Bütün bu islahatların da bir məqsədi vəkillik institutunun stimullaşdırılması, regionlarda vəkillərin sayının artırılmasıdır".