Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Anar Bağırov: "Bu, vəkilliyə olan bir avansdır"

"Vəkillər Kollegiyası müasir tələblərə cavab verən binası var. Kollegiya bir çox işlər görüb. Hesab edirik ki, bizim işlərə ən böyük töhvə verən cənab Prezident İlham Əliyev olub". 

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” konfransında deyib. 

"Kollegiyanın Rəyasət Heyəti işə başlayanda ictimaiyyətə bildirilidi ki, vəkilliyi inkişaf etdirəcəyik. Dərhal da Cənab Prezident səsimizi eşitdi. Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzaladı. Dövlət hesabına ödənilən hüquqi yardım 3 dəfə artırıldı. Bu illər boyu dəyişmirdi. Çox biabırçı bir rəqəm idi. 

Mən demirəm ki, bu məbləğ çox böyükdür, bütün problemləri aradan qaldırır. Ona deyə bilərəm ki, bu, postsovet dövlətləri arasında böyük rəqəmdir. Nəzərə almalıyıq ki, vəkil dövlət hesabına hüquqi yardım göstərmir axı. Vəkil də uzağı ayda bir dəfə dövlət hesabına hüquqi yardım göstərir. Hansı sahədə 3 dəfə ödənişlər, maaşlar artırılıb? Bu, çox böyük bir rəqəmdir. Bu, vəkilliyə olan bir avansdır. Artıq Sumqayıt Regional Vəkil Bürosu fəaliyyət göstərir. 

Həmin büro bizə dövlət tərəfindən müddətsiz ayrılıb, oranın təmiri də dövlət hesabına həyata keçirilib. Vəkillər buna vəsait sərf eləməyib. Şirvanda, Şəkidə də hazırda bürolarla bağlı binaların təmir işləri aparılır".