Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Anar Bağırov: "Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İadərsi ilə Vəkillər Kollegiyası arasında memorandum imzalanacaq"

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İadərsi ilə Vəkillər Kollegiyası arasında memorandum imzalanmaslından danışıb. 

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib ki, yaxın zamanlarda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İadərsi ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq barədə memorandum imzalanacaq:

"Məqsəd odur ki, işimizdə, fəaliyyətimizdə rast gəldiyimiz korrupsiya ilə bağlı müzakirələrin aparılması, birgə tədbirlərin keçirilməsidir. Bu memorandum əslində ictimaiyyətə də bir mesaj olacaq ki, vəkillik də neqativ hallarla qeyri- prosessual münasibətlərlə əməli mübarizə aparan tədbirlər görür. Prezidentin fərmanında bununla bağlı bizə xüsusi töhvəsi var".