Azərbaycanda 9 nəfər keçmiş hakim vəkilliyə qəbul olunub - FOTO

"Bu gün vəkilliyə qəbul üzrə şifahi müsahibədə iştirak etmiş 18 nəfər keçmiş hakim və vəkil namizəddən uğur qazanmış  9 nəfəri and içərək vəkilliyə qəbul olundu". 

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib. 

Onun sözlərinə görə, namizədlərin hər biri məhkəmə-hüquq sahəsində kifayət qədər tanınan və nüfuza malik olan təcrübəli hüquqşünaslardır: "Hər birinə böyük vəkil ailəsinə xoş gəlmisiniz deyirik!".