Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Anar Bağırov: “Baxırsan ki, məhkəməyə “Mercedes”lə gəlir, ancaq dövlət hesabına vəkil tutur”

“Dövlət hesabına vəkilə ödənən vəsait bəzi hallarda israf edilir”.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. 

A.Bağırov təəssüflə qeyd edib ki, hazırda dövlət hesabına işlərə çıxan vəkillərlə bağlı bəzi problemlər var və onların həlli mexanizmi olmalıdır.

“Məsələn vətəndaş deyir ki, mən vəkil istəyirəm, istintaq orqanı araşdırmadan götürüb, şəxsə dövlət hesabına vəkil təyin edir. Axı, bu vəkilə ödənən vəsasit dövlət hesabınadır. Büdcədən ödənən vəsaiti israf etmək olmaz. Bəlkə bu vətəndaşın imkanı var ki, özünə vəkil tutsun. Baxırsan ki, “Mercedes”lə məhkəməyə gəlir, dövlət hesabına vəkil tutur. Axı, bu adamın maddi imkanı var, özünə vəkil tutsun. Nəyə görə, belə adamlara dövlət hesabına vəkil tutulmalıdır? Yəni, bu işlərin bir mexanizmi olmalıdır. Belə halların qarşısı alınmalıdır” – deyə, sədr qeyd edib.