Mirzayev&Partners
    17 İyul
    Baku
    23°

Amerikalı milyarder həbs edilib

Amerikalı milyarder və maliyyəçi Ceffri Epşteyn həbs edilib.

E-huquq.az “New York Times” qəzetinə istinadən xəbər verir ki, o, dünən axşam Nyu-Yorkda saxlanılıb.

Məlumata görə, Federal Prokurorluq tərəfindən C.Epşteyn barəsində seksual məqsədlə insan alveri təşkil etmək ittihamı irəli sürüb.

Onun sabah məhkəmə qarşısına çıxarılması gözlənilir.

Qeyd edək ki, C.Epşteynin 2007-2008-ci illərdə azyaşlı qızlarla intim əlaqə üçün pul ödədiyi üzə çıxıb. Eyni zamanda, həmin qızların xidmətlərini başqalarına təklif etdiyi ehtimal olunub. Lakin vəkilinin bacarığı sayəsində milyarderə qarşı ittiham yumşaldılıb və o, 13 ay həbs cəzası alıb.