Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Almaniyalı ekspertin iştirakı ilə Vəkillərin İntizam Komitəsinin üzvləri üçün təlim keçirilib - FOTO

Bu gün Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin inzibati binasında Almaniyadan gəlmiş ekspert, doktor Laudanın iştirakı ilə Vəkillərin İntizam Komitəsinin üzvləri üçün təlim keçirilib.

Bu barədə e-huquq.az-a vəkil İlhamə Həsənova məlumat verib.

Onun sözlərinə görə, təlim maraqlı və təcrübə mübadiləsi baxımından faydalı olub.

Həmçinin İ.Həsənova qeyd edib ki, təlim həm də hər iki ölkənin vəkillərinin inkişaf etməkdə olan dostluğu və əməkdaşlığı baxımından əhəmiyyətli olub: "Bu cür tədbirlər Vəkillər Kollegiyası rəhbərliyinin Kollegiyanın Komissiyalarında fəaliyyət göstərən üzvlərin təcrübə və peşəkarlıqlarının artırılmasını xüsusi məsuliyyətlə diqqətdə saxlamasının nümunəsidir".