Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Ali Məhkəmənin sədri Ramiz Rzayev Slovakiyada Konfransda iştirak edib

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il may ayının 27-29-dək Bratislavada keçirilən Mərkəzi və Şərqi Avropa Ali Məhkəmə sədrlərinin 9-cu Konfransında iştirak etmək üçün Slovakiya Respublikasına gediblər.

Ali Məhkəmədən e-huquq.az-a verilən məlumata görə, bu gün Konfransın açılış mərasimi olub.

Açılış mərasimindən sonra: - Müasir mətbuat mühitində məhkəmələrin dəyərlərinin ictimaiyyət tərəfindən səmərəli şəkildə öyrənilməsi; Vahid məhkəmə təcrübəsinin yaradılmasında Ali Məhkəmənin rolu; İnsan hüquqlarının təşviqində məhkəmələrin rolu mövzularında iclaslar keçirilib və müzakirələr aparılmıb.

Konfransın proqramına əsasən, tədbirin ikinci günü Azərbaycan Ali Məhkəməsinin sədri R.Rzayevin “Hakimlərin seçilməsi” mövzusunda çıxışı nəzərdə tutulub.