Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Ali Məhkəmədə könüllülük proqramının ilk mərhələsi başa çatıb

Azərbaycan Ali Məhkəməsində könüllülük proqramının ilk mərhələsi uğurla başa çatıb.

Ali Məhkəmədən e-huquq.az-a verilən məlumata görə, fəaliyyətini bitirmiş könüllülər sertifikatlarla təltif edilib.

Tədbiri giriş sözü ilə açan İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva könüllülərə Ali Məhkəmədə qazandıqları təcrübənin həm təhsil, həm də gələcək peşə fəaliyyətlərində müsbət rol oynayacağına inandığını bildirib və könüllülük fəaliyyəti üçün Ali Məhkəməni seçdiklərinə görə onlara təşəkkür eedib. 

K.Əliyeva deyib ki, könüllülük fəaliyyəti çərçivəsində təcrübə keçən tələbələr arasından xüsusilə fərqlənənlər olub. 

Daha sonra Ali Məhkəmə Aparatının rəhbəri Əlirza Kərimov fərqlənmə sertifikatı alan tələbələrə sertifikatları təqdim edərək könüllülük proqramını müvəffəqiyyətlə bitirmələri ilə əlaqədar təbrik etmişdir və uğurlar arzulayıb.

Tədbirin davamında bir neçə tələbə çıxış edib, Ali Məhkəmədə keçdikləri 3 aylıq təcrübənin həyatlarının əvəzolunmaz və unudulmaz xatirəsinə çevriləcəyini bildirib.

Sonda tədbir iştirakçıları Ali Məhkəmənin kollektivi ilə birgə xatirə fotoşəkilləri çəkdirib.