Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Ali Məhkəmə iş adamına qarşı quldurluq edən şəxsin kassasiya şikayətini təmin etməyib

Ali Məhkəmədə quldurluqda təqsirləndirilən Bəxtiyar Qayıbovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, B.Qayıbovun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə ötən il fevralın 16-da axşam saatlarında Nərimanov rayonu ərazisində baş verib. Həmin gün, adəti üzrə, şirkətdən çıxıb "Tofaş Şahin" markalı avtomobilə əyləşmək istəyən iş adamı Mehman Alməmmədova basqın olub. Basqın zamanı B.Qayıbov içərisində 119 min manat olan çantanı götürüb aradan çıxmağa müvəffəq olub. O, hadisədən sonra saxlanılıb.

Məlum olub ki, B.Qayıbov içərisində 100-lük və 50-lik olan pul dolu çantadan bir ədəd 50 manatlıq götürüb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi B.Qayıbovun apellyasiya şikayətini təmin etməyib.