Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Ali Məhkəmə banka qarşı 124 min manatlıq dələduzluq edən qadının şikayətinə baxıb

Ali Məhkəmədə "Parabank"a qarşı dələduzluq etməkdə təqsirləndirilən Sevda Kərimovanın barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.Kərimovanın şikayəti təmin edilməyib.

Qeyd edək ki, S.Kərimova "Parabank"ın Nəsimi filialının sabiq əməkdaşı olub. İttiham aktına əsasən, o, bankın 124 min 454 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

S.Kərimova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldiuldikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Məhkəmə istintaqı dövründə banka dəymiş ziyanın bir çoxu ödənilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi S.Kərimovanın barəsində şərti cəza verib. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən naqazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş isə apellyasiya şikayəti verib. Həmçinin S.Kərimova da Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsi "Parabank"ın 12 min 500 manat dəyərində mülki iddiası təmin edilib. Lakin dövlət ittihamçısının apellyasiya protesti və təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunmayıb. Daha sonra S.Kərimova kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.