Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Ağcabədi sakini qayınatasının evini atəşə tutub - DİN

Ağcabədi rayonunda silahlı insident olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, iyunun 25-də Bakı şəhər sakini T.Quliyevin Ağcabədi şəhərinə gələrək orada yaşayan qaynatası M.Məmmədovun evinin istiqamətində 1 dəfə tüfənglə atəş açması, xəsarət alan olmaması barədə Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Dərhal Ağcabədi rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, ona məxsus “Ford” markalı avtomobilə baxış zamanı tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.