Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Abşeronda polislər ağacəkmə kampaniyası keçiriblər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ekoloji mühitin, xüsusən yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin formalaşmış ənənəyə uyğun olaraq, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Daxili İşlər Naziriyinin əməkdaşları mayın 11-də nazir müavini, polis general-leytenantı İsmət Əliyevin rəhbərliyi ilə Abşeron rayonunun Qobu qəsəbəsində növbəti ağacəkmə kampaniyası keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, aksiya zamanı boş qalmış, əkin üçün yararsız ərazidə abadlıq və təmizləmə işləri aparılıb. 

Sonra yerli iqlimə uyğunlaşdırılmış 455 ədəd şam ağacının tingləri xüsusi aqrotexniki qaydada qazılmış yerlərdə əkilib, onların suvarılması həyata keçirilib. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.

Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcəkdir.