Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

ABŞ-da 3 müsəlmanın ölümündə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilib

2015-ci ildə ABŞ-ın Şimali Karolina ştatında üç müsəlmanı qətlə yetirmiş Kreyq Hiksin cinayət işi üzrə 4 il davam edən məhkəmə prosesi başa çatıb. 

E-huquq.az-ın xəbərinə görə, məhkəmənin hökmü ilə K. Hiksin ömürlük azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, 2015-ci il fevralın 10-da Kreyq Hiks üç tələbəni baş nahiyəsindən atəş açmaqla öldürüb. Onlar stomatologiya fakültəsinin 23 yaşlı tələbəsi Dia Şeddi Bərəkət, onun 21 yaşlı əri Yusif Məhəmməd və 19 yaşlı bacısı Razan Məhəmməd Əbu Səlhadır.