5 vəkil Məhkəmə-Hüquq Şurasının “qaynar xətt”inə müraciət edib

Azərbaycanda indiyədək 5 vəkil hüuquq pozuntuları ilə bağlı Məhkəmə Hüquq Şurasının yaratdığı “qaynar xətt”ə müraciət edib. 

E-huquq.az-ın xəbərinə görə, bunu Məhkəmə-Huquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov deyib. 

O, vəkillərə müraciət edərək, bu işdə aktiv olmağı məhkəmələrdə baş verən hüquq pozuntuları ilə bağlı Məhkəmə-Hüquq Şurasının “qaynar xətt”inə dərhal müraciət etməyi məsləhət görüb.