5 bələdiyyə vergilərdən bir manat belə vəsait yığa bilməyib - Hesabat 

Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramındakı göstəricilərə istinadən 141 qəsəbə bələdiyyəsindən 34 bələdiyyə fiziki şəxslərdən əmlak vergisindən vəsait yığa bilməyib.

E-huquq.az ONA-ya istinatdla xəbər verir ki, bu barədə “Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının hesabatı”nda bildirilib.

Sənəddə qeyd edilib ki, 16 bələdiyyə fiziki şəxslərdən torpaq vergisindən, onlardan 12 bələdiyyə hər iki vergi növündən də bir manat da olsun belə vəsait yığa bilməyib. Təəssüf hissi ilə qeyd edilir ki, 5 qəsəbə bələdiyyəsi - Füzuli rayonunun 3№-li Qayıdış, 8№-li Qayıdış və Zobucuq bələdiyyələri, Goranboy Qazanbulaq bələdiyyəsi, Qaradağ rayonunun Çeyildağ bələdiyyəsi bir manat da olsa belə vəsait yığa bilməyib, onların büdcə gəlirləri yalnız dotasiya hesabına formalaşıb.