- 17:24 | 15.10.2024
- Məhkəmə
Bakıda 3 qadına hədə-qorxu gələrək pul tələb etmədə təqsirləndirilən bloqer Cəmil Quliyevə hökm oxunub.
E-huquq.az-ın verdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bloqer Cəmil Quliyev hədə-qorxu yolu ilə qadınlardan pul tələb edib. Belə ki o, “İnstagram” və “TikTok” sosial şəbəkə səhifələrində “jam_guliyev” adlı şəxsi hesab yaradıb xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup ş əxs halında təkrarən hədə-qorxu ilə tələb edib.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasfoğlu