- 10:25 | 15.10.2024
- Digər
Bu ilin 9 ayında Azərbaycanda əmək müqavilələrinin sayı 44 min və ya 2,4 faiz artaraq 1 mln. 852 min 887-yə çatıb.
Bu barədə e-huquq.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artıma imkan yaradıb.
Yanvar-sentyabr ayları ərzində əməkhaqqı fondunda daha 6,6 faiz artım qeydə alınıb.