İranda spirtli içkidən kütləvi zəhərlənmə baş verib, 48 nəfər ölüb

Son iki həftədə Mazandaran, Gilan, Həmədan və Zəncan əyalətlərində metil spirtindən istifadə səbəbindən yüzlərlə insan zəhərlənib, 48 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, zəhərlənənlalərin çoxu görmə qabiliyyətini itirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları zərərli maddənin istehsalçılarını və satıcılarını aşkar edərək saxlayıblar.