“Hizbullah” dronla İsrailə hücum edib, 67 yaralı var –

Livan dronlarının İsrailin şimalındakı Binyamina şəhəri yaxınlığında hücumu nəticəsində onlarla insan yaralanıb, bəziləri kritik vəziyyətdədir.

E-huquq.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb.

Nəşr bunu misli görünməmiş hücum adlandırır. İsrailə doğru üç PUA buraxılıb, lakin onlardan biri İsrail ərazisinə dərininə nüfuz edərək Binyamina ərazisinə düşüb. Bu zaman hava həyəcanı siqnalları aktivləşdirilməyib.

“Hizbullah”ın pilotsuz uçuş aparatı bazar günü axşam Binyamina ərazisinə zərbə endirib, təxminən 67 nəfəri yaralayıb. Onlardan dördü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Dron “Hizbullah”ın raket atəşinin müşayiəti altında Livandan buraxılıb.

***

22.14

“Hizbullah” hərəkatının kamikadze-dronları Hayfada İsrail Ordusunun bazasına zərbələr endirib.

E-huquq.az xəbər verir ki, hadisə nəticəsində İsrailin 3 hərbçisi ölüb, 39 nəfər yaralanıb, onlardan 9-nun vəziyyəti ağırdır.

Dronlar İsrailin hava hücumundan müdafiə sistemindən yan keçib.