Stoltenberq: "Münhen Forumunda hətta düşmən ölkələr də iştirak etməlidir"

NATO-nun keçmiş baş katibi (2014-2024) Yens Stoltenberq onun sədrliyi ilə Münhen Təhlükəsizlik Konfransının müxtəlif fikirlərin ifadəsi üçün platforma və müxtəlif ölkələrin nümayəndələrinin görüş yeri olacağına söz verib.

E-huquq.az xəbər verir ki, Yens Stoltenberq bu barədə “Spiegel” jurnalına müsahibəsində deyib.

O bildirib ki, sədr kimi konfransın missiyasına töhfə verməyə çalışmaq istəyir: “Dialoq vasitəsilə sülh olsun”. Stoltenberq 2025-ci ilin yazında forumun rəhbəri vəzifəsini icra edəcək.

"Ancaq mən hesab edirəm ki, konfrans çox vacib idi, çünki bu, bir-birini düşmən hesab edən, çox fərqli ölkələr üçün yaxşı platformadır" – o deyib.

“Biz başa düşməliyik ki, biz qlobal dünyada yaşayırıq və qlobal perspektivə ehtiyacımız var”, - NATO-nun keçmiş baş katibi deyir.