- 14:49 | 12.10.2024
- Dünya
Qəzza zolağında münaqişənin gərginləşdiyi bir il ərzində 42,1 mindən çox insan ölüb.
E-huquq.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
"Ölənlərin sayı 42 min 175 nəfərə çatıb. 98 min 336 nəfər isə xəsarət alıb", - məlumatda vurğulanıb.
Bildirilib ki, son 24 saat ərzində 49 nəfər ölüb, 219 nəfər yaralanıb.