- 16:23 | 11.10.2024
- Digər
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Şəmkir rayonunda keçirilib.
Bu barədə e-huquq.az-a "Azəriqaz"dan məlumat verilib.
Birlik rəhbəri Şəmkir, Gədəbəy və digər ətraf rayonlardan qəbula üz tutan 24 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib.
Sakinlər əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, habelə işə qəbulla bağlı müraciət ünvanlayıblar. Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə ətraflı izahat verib.
Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.