- 12:48 | 11.10.2024
- Hüquq-mühafizə orqanları
Cari il 8-11 oktyabr tarixlərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyanın Albaniya Respublikası tərəfindən implementasıyasının II mərhələ dəyərləndirilməsində BMT-nin Narkotilər və Cinayətkarlıq əleyhinə Ofisinin Katibliyinin dəstəyi ilə həmüzv ölkələr - Azərbaycan və Liberiya tərəfindən qiymətləndirmə həyata keçirilib.
Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatar idarəsinin rəisi Elnur Musayev dəyərləndirici ekspert qismində nümayəndə heyətinin tərkibində Albaniya Respublikasının Dövlət İdarəçiliyi və Korrupsiyaya qarşı mübarizə üzrə naziri xanım Adea Pirdeni tərəfindən qəbul edilib.
Qəbuldan sonra azərbaycanlı ekspertin daxil olduğu nümayəndə heyəti həmin ölkənin Ədliyyə Nazirliyi, Baş Prokurorluğu, Daxili İşlər, Təhsil və Maliyyiə nazirlikləri, Korrupsiyanın Qarşısının Alınması üzrə Baş Direktorluğu, İnformasiya və Data Mühafizəsi üzrə Müvəkkil, Dövlət Xidmətləri üzrə Agentlik, Dövlət Qulluğu üzrə Agentlik, Maliyyə Kəşfiyyatı və digər qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirib.
Həmin görüşlərdə dəyərləndirici ekspertlərin korrupsiyanın qarşısının alınması, o cümlədən korrupsiya əleyhinə dövlət və institusional strategiya proqramlarının icrası, antikorrupsiya qurumlarının gücləndirilməsi, dövlət və özəl sektorunda işləyən şəxslərin dürütslüyünün təmin edilməsi üzrə etik davranış, hədiyyələr, maraqlar toqquşmasının qarşısının alınması qaydaları və digər məsələlər dair ekspertlərin suallar cavablandırılıb.
Əlavə olaraq Albaniya tərəfi korrupsiya yolu ilə əldə edilmiş vəsaitlərin qaytarılması ilə bağlı üzərilərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı məlumat verib.
Görüşün nəticələri üzrə Azərbaycan və Liberiya ekspertlərinin birgə hesabatı hazırlanaraq BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının üzv dövlətlərinin iclasına çıxarılacaq.