Bakıda 2-ci mərtəbədən yıxılan qadın ölüb -

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hadisə Əlövsət Quliyev 140 ünvanında qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü İlahə Bayramova mənzilin pəncərələrini silərkən ehtiyatsızlıqdan binanın 2-ci mərtəbəsindən yerə yıxılıb. Nəticədə o, hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası gəlib.

Orxan Rasifoğlu