Sumqayıtda 23 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb

Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı vurub.

E-huquq.az xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində, keçmiş “Alüminum zavodu” ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü Məhəmməd Rizvan oğlu Əliyev ərazidə metal qırıntıları yığarkən onu elektrik cərəyanı vurub.

23 yaşlı gənc hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.