Nigeriyada vəbadan ölənlərin sayı 156-ya çatıb

Nigeriyada vəba epidemiyasından ölənlərin sayı 156-ya yüksəlib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) məlumat yayıb.

Məlumata əsasən 15-21 iyul tarixləri arasında ölkədə 170 yoluxma faktı aşkarlanıb, 3 nəfər isə ölüb.

Qeyd olunub ki, yanvar ayından bu yana ölkədə 4 min 809 yoluxma qeydə alınıb, epidemiya səbəbindən həyatını itirənlərin sayı isə 156-ya çatıb.

Qeyd edək ki, iyunun 26-da vəba epidemiyası səbəbilə Nigeriyada fövqəladə vəziyyət elan edilib.

Ötən il Nigeriyada 3 mindən çox insan vəbaya yoluxub, 100-dən çox insan həyatını itirib.

Şəbnəm Mehdizadə