Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Malatya şəhərində 4,4 bal gücündə zəlzələ baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ Malatyanın yeşilyurt rayonunda yerli vaxtla saat 05.52-də, yerin 10,83 kilometr dərinliyində qeydə alınıb.

Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.

Şəbnəm Mehdizadə