Qanunsuz yolla Yunanıstana getməyə çalışan 7 nəfər saxlanılıb

Türkiyənin Balıkesir şəhərində qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına getmək istəyən 7 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Balıkesirin Ayvalık adlı ərazisində polis şübhəli nəqliyyat vasitəsini saxlayıb.

Nəqliyyat vasitəsində olan 7 qanunsuz miqrantı yaxalayıb.

Avtomobilə baxış zamanı bir dəniz mühərriki, rezin qayıq, 4 nasos, 3 rezin boru və 1 xilasedici jilet aşkar edilib.

Hadisə ilə bağlı 2 nəfər saxlanılıb.

Şəbnəm Mehdizadə