Malidə terror aktı nəticəsində 26 nəfər ölüb

Malidə törədilən terror aktı nəticəsində 26 nəfər ölüb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, naməlum silahlı şəxslər Mopti bölgəsindəki kəndlərdən birində tarla işçilərinə atəş açıb.

İlkin məlumata görə, hadisə nəticəsində 26 nəfər həyatını itirib.

Qeyd edək ki, Sahel bölgəsində "3 ölkə sərhədi" kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə Əl Qaidə və İŞİD terror təşkilatlarının hücumlarının sayı artıb.

Şəbnəm Mehdizadə