İzmirdə meşə yanğını davam edir

Türkiyənin İzmir şəhərində başlayan meşə yanğınlarına havadan və qurudan müdaxilə davam edir.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmirin Qaziemir və Buca rayonları arasında başlayan verən meşə yanğınının qarşısını almaq üçn İzmir Meşə Regional İdarəsinin əməkdaşları cəlb olunub.

İzmir valisi Süleyman Elban yanğının söndürülməsi üçün 7 təyyarə, 23 helikopter, 2 qoşqulu traktor, 98 su tankeri və 2172 nəfər əməkdaşın cəlb olunduğunu bildirib.

Süleyman Elban bölgələrdə soyutma işlərinin davam etdiyini bildirib.

Şəbnəm Mehdizadə