Türkiyədə 16 nəfər qidadan zəhərlənib

Türkiyənin Muğla şəhərində kütləvi zəhərlənmə olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğlanın Bodrum rayonunda oteldə qalan 16 nəfər qarın ağrısı, ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya yerləşdirilib.

Onların qidadan zəhərləndiyi ehtimal edilir.

Zərərçəkmişlər müalicə olunduqdan sonra evə buraxılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə