- 19 iyul 10:06
- Dünya
Alyaskada 6 bal gücündə zəlzələ baş verib
ABŞ-ın Alyaska ştatı sahillərində 6,0 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentrinin Nikolski bölgəsindən 168 kilometr cənub-qərbdə, yerin təxminən 41 kilometr dərinliyində qeydə alındığı bildirilib.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Dağıntı və tələfat qeydə alınmayıb.
Şəbnəm Mehdizadə