- 18 iyul 12:23
- Dünya
Çində xərçəngin patoloji görüntülərini oxuya bilən süni intellekt modeli hazırlanıb
Çində xərçəngin patoloji görüntülərini ətraflı oxuya bilən çox yönlü süni intellekt modeli hazırlanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin Hərbi Hava Qüvvələri Tibb Universiteti, Tsinghua Universiteti və süni intellektlə əlaqəli texnologiyalar istehsal edən SenseTime şirkətinin tədqiqatçıları ölkədə yerli məlumatlardan təxminən 300 min rəqəmsal patoloji təsvidən istifadə ediblər.
Çox yönlü süni intellekt modelinin 20-dən çox orqanı analiz edə biləcəyi bildirilib.
Qeyd edilib ki, "PathOrchestra" adlı çox yönlü süni intellekt tətbiqi 50-yə yaxın xərçəng hadisəsində 95 faizdən çox dəqiqlik əldə edib.
Həmçinin bildirilib ki, tətbiq Çinin süni intellekt sahəsində sürətli inkişafının göstəricisidir.
Şəbnəm Mehdizadə