- 17 iyul 23:44
- Dünya
ABŞ Nümayəndələr Palatasında Trampa sui-qəsd cəhdini araşdırmaq üçün qrup yaradılıb
Konqresin Nümayəndələr Palatasında ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdinin səbəblərini araşdırmaq üçün işçi qrup yaradılıb.
E-huquq.az-ın məlumatına görə, bu barədə qanunverici orqanın aşağı palatasının spikeri Mayk Conson "X" sosial şəbəkəsində bildirib.
"Bu gün mən prezident Trampa sui-qəsd cəhdini araşdırmaq üçün Nümayəndələr Palatasının İşçi Qrupunun yaradıldığını elan edirəm", - deyə M.Conson bildirib. Onun sözlərinə görə, respublikaçının niyə “təhlükəsizliyin təmin edilməsində kobud səhvlərə yol verdiyi” sualına “cavab almaq lazımdır”.