- 16 iyul 12:31
- Dünya
Liviyada kütləvi məzarlıqda 24 cəsəd aşkarlanıb
Liviyanın qərbində yerləşən Sirte şəhərində kütləvi məzarlıqda 24 cəsəd aşkarlanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İtkin Şəxslərin Axtarış və Müəyyənləşdirilməsi Agentliyi məlumat yayıb.
Məlumatda axtarış qruplarının Sirte şəhərinin Kambo rayonunda kütləvi məzarlıq aşkar etdiyi bildirilib.
Eksqumasiya edilən 24 cəsədin şəxsiyyətinin müəyyən edilə bilmədiyi, cəsədlərdən DNT nümunələrinin götürüldüyü qeyd olunub.
Hüquqi prosedurlar başa çatdıqdan sonra meyitlər Sirt şəhərindəki Əbu Veyle qəbiristanlığında dəfn edilib.
Şəbnəm Mehdizadə