Son 6 ildə 1,74 milyon miqrant Meksikaya sığınıb

2018-ci ildən bu günə kimi 1 milyon 740 mindən çox miqrant Meksikaya köç edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Meksika Milli Miqrasiya İnstitutunun (INM) hazırladığı hesabatda yer alır.

Hesabatda prezident Andres Manuel Lopez Obradorun hakimiyyətə gəlişindən bu yana 1 milyon 742 min 365 əcnəbinin Meksikaya sığındığı bildirilib.

Hesabatda bu şəxslərə ölkədə qalmaları üçün qanuni sənədlər verildiyi bildirilib.

Hesabatda Covid-19 epidemiyasının və ABŞ-ın miqrasiya siyasətinin Meksikaya müraciətlərin artmasına səbəb olduğu da qeyd olunub.

Vaşinqtonun bu təzyiqi Meksikanı ABŞ tərəfindən deportasiya edilən miqrantları “qəbul edən” ölkəyə çevirdiyi söylənilin.

Şəbnəm Mehdizadə