- 15 iyul 17:54
- Dünya
İrandan qanunsuz yollarla Türkiyəyə keçmək istəyən əfqan miqrantlar yaxalanıb
Türkiyənin Amasya şəhərində yük maşınının qoşqusunda qanunsuz miqrantlar yaxalanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Amasya Polis İdarəsinin əməkdaşları miqrant qaçaqmalçılığı ilə mübarizə çərçivəsində İrandan Gebzəyə gedən alüminium xammalı ilə yüklənmiş yük avtomobilini keçid məntəqəsində saxlayıb.
Yoxlama zamanı yük maşınının qoşqusunda əfqan əsilli 23 qeyri-qanuni miqrantın gizləndiyi məlum olub.
Miqrantlar deportasiya olunmaq üçün rayon miqrasiya idarəsinə təhvil verilib.
Yük avtomobilinin sürücüsü həbs olunub.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə