- 16:07 | 08.12.2023
- Digər
Nazirlər Kabineti Azərbaycan Dövlət Aqrar Universitetinin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxsə çevrilməsi ilə yenidən təşkil edilməsi barədə qərar qəbul edib.
E-huquq.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Universitetin Nizamnaməsi təsdiq olunub.
Nazirlik qərar qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Universitetin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq qeydiyyata alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.