ABŞ-da supermarketə silahlı hücum nəticəsində 4 nəfər yaralanıb

ABŞ-ın Ohayo ştatında supermarketə silahlı hücum edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxs odlu silahdan atəş açaraq 4 nəfəri yaralayıb.

Yerli polisin verdiyi açıqlaya görə ABŞ-ın ən böyük supermarket şəbəkəsi olan "Walmart"ın filiallarından birinə hücum edən şəxs hadisə yerində intihar edib

Polis yaralıların vəziyyəti ilə bağlı məlumat verməyib.

Hadisə ilə bağlı istintaq davam edir.

Şəbnəm Mehdizadə