Azərbaycanlı mediator beynəlxalq forumda çıxış edib -
- 08 sentyabr 14:06
- Mediasiya
Sentyabrın 8-də Rusiyanın paytaxtı Moskva şəhərində "Mediasiya institutunun inkişafında dünya təcrübəsi: nəzəriyyədən təcrübəyə" Beynəlxalq Forumu keçirilib.
E-huquq.az-ın məlumatına görə, foruma Rusiya Federasiyasının rabitə və kütləvi informasiya naziri, Həştərxan vilayətinin iqtisadi inkişaf naziri, Moskva vilayəti üzrə notariat palatasını vitse-prezidenti, Qazaxıstan Respublikasının peşəkar təlimçi-mediatorları və Ali Məhkəməsinin rəsmiləri, Azərbaycan, Türkiyə, Hindistan, Avstriya, Braziliya, Kenya kimi ölkələrin nümayəndələri qatılıb.
Forumda Azərbaycan mediatorlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Mediasiya Şurası Etika Komitəsinin sədri, Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri, təlmçi-mediator İlhamə Həsənova təmsil edib.
İ.Həsənova Forumda spiker qismində çıxış edərək Azərbaycanda mediasiya institunun tətbiqi, bu sahədə qazanılmış müsbət təcrübə və qanunvericilik, bu institutun inkişafına dövlət dəstəyi barədə məlumat verib.
Forumda mediasiya instutunun tətbiqi ilə bağlı müxtəlif ölkələrin təcrübəsi müzakirə və təhlil edilib. Forumda həmyerlimiz, beynəlxalq təlimçi-mediator, Rusiyanın Mediatorlar və Vasitəçilərinin Milli Birliyi Assosiasiyasının Millətləraarası münasibətlər komitəsinin sədri Samir Qarayev də təlimçi-məruzəçi qismində çıxış edib.