- 12:00 | 11.01.2025
- Hadisə
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından satış məqsədi ilə narkotik vasitələr əldə edən Rəşadət Əzizov saxlanılıb.
![](https://www.e-huquq.az/upload/blogs/desc-images/1736582421_67821f2d2856067821f2d28561173658090967821f2d2855d67821f2d2855e.jpg)
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan e-huquq.az-a verilən məlumata görə, adıçəkilən şəxsdən ümumilikdə 4 kiloqram metamfetamin, heroin, tiryək və marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
![](https://www.e-huquq.az/upload/blogs/desc-images/1736582421_67821f2d2856067821f2d28561173658090967821f2d2855d67821f2d2855e.jpg)