- 13:04 | 24.12.2024
- Vəkillik
"Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı vəkilliyin tarixində dönüş yaratdı".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr - "Vəkil Günü" peşə bayramı və Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan "Dünya Vəkil Cübbələri və Atributları" sərgisində çıxışında deyib.
Onun sözlərinə görə, həmin sərəncam vəkilliyin tarixində müstəsna əhəmiyətə malikdir: "Sərəncamda qeyd olunur ki, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti var. Bu, bizim üçün bir çağırış oldu. Biz də öz fəaliyyətimizi o çağırışa uyğun qurmağa çalışırıq".
Şəbnəm Mehdizadə