Türkiyədə vəkillik lisenziyasının verilməsinə görə rüsum artırıldı

Türkiyədə vəkillik lisenziyanın verilməsinə görə rüsum 300 lirədən 900 lirəyə qaldırılıb.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Barolar Birliyi məlumat yayıb.

Bildirilib ki, 2007-ci ildən bəri 300 lirə olan vəkillik lisenziyasının qiyməti 900 lirəyədək artırılıb.

Ölkənin iqtisadi vəziyyətindən asılı olaraq lisenziyasının qiymətinin artırılmasına zərurət yarandğı qeyd olunub.

Diqqətə çatdırılıb ki, bu artım 01.01.2025-ci il tarixindən etibarən ediləcək müraciətlərdə tətbiq olunacaq.

Şəbnəm Mehdizadə