Naxçıvanda gələn il ÜDM istehsalı 3,9 % artacağı proqnozlaşdırıldı

Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 2025-ci ildə 1,5 milyard manat səviyyəsində proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 3,9 % çoxdur.

E-huquq.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Ali Məclisin İqtisadi siyasət komitəsinin iclasında deyib.

A. İsmayılov bildirib ki, 2025-ci ildə ÜDM-nin strukturunda bütün sahələrdə artım nəzərdə tutulub.

"Sənaye məhsullarının istehsalı üzrə 3,7 %, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə 2,5 %, əsas kapitala yönəldilmiş vəsaitlərin strukturunda tikinti-quraşdırma işləri üzrə 10,5 % artım proqnozlaşdırılıb.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında muxtar respublikada ÜDM istehsalı 1,1 artaraq 1 milyard 192 milyon 600,1 min manat təşkil edib.