- 19:55 | 03.12.2024
- Digər
Dekabrın 3-də Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Müdafiə Sənayesi Direktorluğunun Müdafiə Sənayesi Akademiyasının sədri professor Cenk Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Türkiyə nümayəndə heyətinə Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri barədə ətraflı məlumat verilib.
Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.