- 14:17 | 30.11.2024
- Dünya
Suriya ordusu əks-hücum hazırlamaq üçün qoşunlarını Hələbdən çıxardığını açıqlayıb.
E-huquq.az APA-ya istinadən xəbər verir ki, Suriya ordusu müxalifətçilərə qarşı əks-hücum hazırlamaq üçün qoşunların Hələbdən müvəqqəti çıxarılmasını elan edib.
Hərbçilər həmçinin əlavə edib ki, son bir neçə gün ərzində Hələb və İdlibdə müxalifətçilərlə şiddətli toqquşmalarda onlarla əsgər ölüb və yaralanıb.